Dövlət Dəniz Agentliyi xəbərdarlıq edib

Cəmiyyət

17.02.2021 - 21:47

Həkimlər Klinikalar SEO Xidməti

Dalğanın hündürlüyünün isə 5-7 metrə qədər artması proqnazlaşdırılır

 

Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometereoloji hadisə haqqında xəbərdarlıq daxil olub.

 

AYNA xəbər verir ki, bu barədə Dövlət Dəniz Agentliyi məlumat yayıb. 

 

Bildirilib ki, Xəzər dəniz akvatoriyasında fevralın 17-i axşamdan  Bakıda və Abşeron yarımadasında şimal-qərb şimal küləyinin 28-30 m/s-dək güclənməsi  və temperatorun 0°-yə enməsi gözlənilir. 

 

Dalğanın hündürlüyünün isə 5-7 metrə qədər artması proqnazlaşdırılır. 

 

Qeyd edək ki, hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. 

 

Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

 

Bildirilib ki, Milli Mərkəz təcrübəli Kapitanlar vasitəsilə idarə olunur. Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz lövbərdə durma prosesi  radarlar vasitəsilə fasiləsiz müşahidə olunur. Hava şəraitinə uyğun olaraq Milli Mərkəz tərəfindən gəmilərin hərəkətinə və limanlara giriş – çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş