“Dostluq”da yoxlama aparılıb

Xəbərlər

02.04.2025 - 22:06

Həkimlər Klinikalar SEO Xidməti

Sumqayıtda kafenin fəaliyyətində nöqsanlar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsi, 36 ünvanında fiziki şəxs Rəhimov Səxavət İmran oğluna məxsus “Dostluq” kafesində yoxlama aparıblar.

AQTA.dan AYNA.AZ-a verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə müəssisəsində sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, məhsulların saxlanılması zamanı temperatur rejiminə əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən olunub. Həmçinin soyuducuda etiketlənməsi aparılmayan qida məhsulları aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək iaşə müəssisəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət qoyulub, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

“Dostluq”da yoxlama aparılıb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət