Doktoranturaya qəbul olanlara hərbi xidmətdən möhlət veriləcək

Xəbərlər

12.02.2021 - 12:59

Həkimlər Klinikalar SEO Xidməti

Qanuna dəyişiklik ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib

 

Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək.

 

AYNA xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

 

Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.

 

Qanuna dəyişiklik ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş