Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi – FOTOLAR

İdman

30.04.2024 - 17:43

İdmançılar burada püxtələşə, gənclər, idman həvəskarları asudə vaxtlarını bu məkanda səmərəli keçirə bilərlər

Prezident İlham Əliyevin gənclər və idman siyasəti, gənclərə, idmana diqqət və qayğısı bir çox sahələrdə özünü göstərir. Gənclər və idman siyasətinin əsas göstəricilərindən biri də paytaxt Bakı ilə yanaşı, bölgələrdə də idman komplekslərinin inşasıdır. Ölkəmizin “Qərb qapısı” sayılan Qazaxda da uzun illərdir ki, Olimpiya İdman Kompleksi fəaliyyət göstərir.

Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə inşasına 2004-cü ildə başlanılan Qazax Olimpiya İdman Kompleksi 2007-ci ildən gənclərin, idmana marağı olan rayon sakinlərinin doğma yurduna çevrilib.

Qeyd edək ki, Qazax Olimpiya İdman Kompleksi 30 may 2007-ci ildən fəaliyyət göstərir. Açılışını ölkə başçısı, cənab İlham Əliyevin etdiyi Kompleksin ərazisi 15.5 hektardır. Kompleksdə 1010 nəfər tamaşaçı tutumu olan universal zal, üzgüçülük hovuzu, güləş zalları, boks zalı, ağır atletika zalı, fitnes zalı, 130 yerlik akt zalı mövcuddur.

Bunlardan əlavə kompleksdə 80 nəfərlik yeməkxana, 252 nəfər tamaşaçı tutumu olan futbol stadionu, minifutbol meydançası, basketbol meydançası, tennis kortu və voleybol meydançası da mövcuddur.

Qazax Olimpiya İdman Kompleksinin ərazisində 20 otaqlı 36 yataq yeri olan mehmanxana və 6 ədəd iki mərtəbə 10 ədəd bir mərtəbə olmaqla 48 nəfərlik kotteclər də vardır.

İdmana marağı olan, idmançı olmaq istəyən gənclərə peşəkar idman ustaları tərəfindən dərslər keçilir. Qazax Olimpiya İdman Kompleksi fəaliyyəti dövründə Azərbaycan idmanına böyük töhfələr verib və bu, davam etməkdədir. Neçə-necə dünya, Avropa çempionu olan idmançılar Qazax Olimpiya və İdman Kompleksində peşəkar müəllimlərin keçdiyi məşqlər sayəsində mükafatlar qazanıblar.

Artıq 17 ildir ki, idmançıların üzünə açıq olan Qazax Olimpiya İdman Kompleksindəki şəraitlə tanış olmaq üçün məkanda müşahidələr apardıq. Müşahidələrimizə əsasən deyə bilərik ki, Kompleksdə idman etmək üçün, idmançıların Kompleksdə qalmaları üçün bütün şərait mövcuddur. Ərazisi təmizliyi ilə seçilən, yaşıllıqlarla əhatə olunan Kompleks daha çox insanımızın bütün idman növləri üzrə məşq etməsi üçün qapılarını açıb. Qazax, qonşu rayonlardan olan idmançılar burada püxtələşə, gənclər, idman həvəskarları asudə vaxtlarını bu məkanda səmərəli keçirə bilərlər.

Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi – Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi – Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi – Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi – Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi – Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi – Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi – Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi – Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi – Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi – Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi – Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi – Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi – Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi – Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi – Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi – Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi – Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi – Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi – Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi – Doğma məkana çevrilmiş Qazax Olimpiya İdman Kompleksi –
Müəllif: Ayna.az