Mançester təmsilçisi 59 xalla liderliyini davam etdirir
İngiltərə Futbol Çempionatının 25-ci turunda “Mançester Siti” səfərdə “Arsenal”ı (1-0) məğlub edib. AYNA xəbər verir ki, oyunda yeganə qolu 2-ci dəqiqədə Rahim Sterlinq vurub.
Bununla da, "Mançester Siti" turnir cədvəlində komanda 59 xalla liderliyini davam etdirir.
Klub ikinci yerdə olan "Lester" komandasını 10 xal qabaqlayır.