Azərbaycanın iki boksçusu dünya çempionatının 1/4 finalına yüksəlib

İdman

17.09.2019 - 23:12

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyanın Yekaterinburq şəhərində boks üzrə keçirilən dünya çempionatında 1/8 final mərhələsinin döyüşləri başa çatıb

 

Bu mərhələdə rinqə çıxan Azərbaycan millisinin 4 üzvündən ikisi çıxışını qələbə ilə bitirib. 

 

AYNA xəbər verir ki, Avropa Oyunlarının qalibi Dominqes Alfonso (81 kq) 1/4 finala gedən yolda avstriyalı Umar Cambekovla üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin xeyrinə yekunlaşıb. D. Alfonso rəqibini 4:1 (27:30, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. 

 

O, 1/4 finalda özbəkistanlı Dilşodbek Ruzmetovla münasibətinə aydınlıq gətirəcək.

 

D. Alfonsonun uğurunu +91 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev də davam etdirib. Misirli Yosri Rezk Mustafa ilə döyüşən boksçumuz 3:2 (29:28, 29:28, 28:29, 27:30, 29:28) hesablı qələbə qazanıb. 

 

O, 1/4 finalda avstraliyalı Justis Huni ilə gücünü yoxlayacaq. 

 

Digər iki boksçumuz Məsud Yusifzadə (52 kq) və Tayfur Əliyev (57 kq) 1/8 final qarşılaşmasında məğlub olublar. 

 

Qeyd edək ki, dünya çempionatında 1/4 final mərhələsinin görüşləri sentyabrın 18-də keçiriləcək. Azərbaycanın hər iki boksçusu rinqə axşam sessiyasında çıxacaq. 

Müəllif: Ayna.az