UEFA-dan Cüneyt Çakıra növbəti təyinat

İdman

25.11.2020 - 04:29

Çakıra bu işdə həmyerliləri Bahattin Duran və Tarık Ongün köməklik edəcək

 

Türkiyəli referi Cüneyt Çakır Çempionlar Liqasında qrup mərhələsinin 4-cü tur oyununa təyinat alıb.

 

AYNA xəbər verir ki, o, B qrupunun "Borussiya" (Mönhenqladbax) - "Şaxtyor" (Donetsk) görüşünün baş hakimi olacaq. Çakıra bu işdə həmyerliləri Bahattin Duran və Tarık Ongün köməklik edəcək. Dördüncü hakim funksiyasını Halil Umut Meler yerinə yetirəcək.

 

Qeyd edək ki, bu, Çakırın ÇL-də idarə edəcəyi 50-ci matç olacaq.

Müəllif: Ayna.az