Diplomatlar Şəhidlər Xiyabanında

Xəbərlər

19.01.2026 - 15:04

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri şəhidlərimizi anıblar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri bu gün Şəhidlər Xiyabanını ziyarət ediblər.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, diplomatlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.

Qeyd edək ki, 20 Yanvar faciəsindən 36 il ötür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş