A PHP Error was encountered

Severity: Notice

Message: Trying to access array offset on value of type bool

Filename: drivers/Cache_file.php

Line Number: 277

Backtrace:

File: /home/aynaaz/public_html/application/helpers/post_helper.php
Line: 186
Function: get

File: /home/aynaaz/public_html/application/core/Core_Controller.php
Line: 173
Function: get_cached_data

File: /home/aynaaz/public_html/application/controllers/Home_controller.php
Line: 7
Function: __construct

File: /home/aynaaz/public_html/index.php
Line: 329
Function: require_once

DİM əlavə imtahan keçirir - Ayna.az

DİM əlavə imtahan keçirir

Cəmiyyət

04.09.2022 - 09:09

Həkimlər Klinikalar SEO Xidməti

Saat 10:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmır

Sentyabrın 4-də Dövlət İmtahan Mərkəzi (DİM) bu il buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün əlavə imtahan keçirir.

DİM-dən AYNA-ya bildirilib ki, sentyabrın 4-də, həmçinin bu il keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər qeyd olunan imtahanı verəcəklər.

Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində təşkil olunan imtahanlar saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanların idarə olunması üçün 12 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 74 nəzarətçi-müəllim, 3 buraxılış rejimi (mühafizə) əməkdaşı, 10 bina nümayəndəsi ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.

Şagirdlər imtahana aşağı qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 246, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 210 şagirdin iştirakı nəzərdə tutulur. 109 şagird isə Azərbaycan dili fənni üzrə imtahan verəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş