“Die Zeit”: Şolts ​​Putinə zəng etmək niyyətindədir

Dünya

01.10.2024 - 15:48

Həkimlər Klinikalar SEO Xidməti

Danışıqlar noyabrda Braziliyada keçiriləcək G20 sammiti ərəfəsində baş tuta bilər

Almaniya kansleri Olaf Şolts yaxın həftələrdə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq niyyətindədir. AYNA xəbər verir ki, bu barədə Almaniyanın “Die Zeit” nəşri hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, danışıqlar noyabrda Braziliyada keçiriləcək G20 sammiti ərəfəsində baş tuta bilər.

“Şoltsun ətrafı telefon danışığının mümkünlüyünü nəzərdən keçirir. Lakin Almaniya tərəfi hələlik danışıqlar üçün sorğu göndərməyib”, - deyə mənbə qeyd edib.

Şoltsla Putin arasında telefon danışıqları baş tutarsa, kansler son il yarımda Putinə zəng edən ilk Qərb ölkəsi lideri olacaq.

Sentyabrın əvvəlində Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit Şoltsun Rusiya Prezidenti ilə telefon danışığı aparacağını istisna etməyib.

Sentyabrın 8-də Almaniya kansleri Ukrayna münaqişəsində sülh danışıqlarının aparılması məqamının yetişdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş