Diaspor nümayəndələri Şuşada

Xəbərlər

27.07.2021 - 22:17

Həkimlər Klinikalar SEO Xidməti

Səfər “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında davam edir

 

Azərbaycan diaspor nümayəndələrinin “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında Şuşaya səfəri davam edir.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən AYNA-ya bildirilib ki, səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşada erməni vandalizminə məruz qalmış və bu il yenidən bu qədim şəhərə qaytarılan “Güllələnmiş heykəllər”in olduğu meydanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, eləcə də “Xarıbülbül” otelini ziyarət ediblər. Diaspor nümayəndələrinə Şuşanın çoxəsirlik tarixi, zəngin mədəniyyət abidələri barədə ətraflı məlumat verilib.

 

Xatırladaq ki, Dövlət Komitəsi Azərbaycanda olan bir qrup diaspor nümayəndəsinin Şuşaya səfərini təşkil edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş