Deputatdan irad: “Obyektlərə dədələrinin adını qoyurlar”

Cəmiyyət

27.12.2022 - 14:26

Həkimlər Klinikalar SEO Xidməti

Sabir Rüstəmxanlı: “Yunan qadınlarının adları toyxana adlarını bəzəyib”

“Azərbaycanda bəzi obyektlərin adlarına baxırsan, heç nə başa düşmürsən. Başa düşürəm, brendir. Amma biz Azərbaycanda yaşayırıq, vətəndaş özünü xaricdə hiss etməli deyil”. AYNA Modern.az saytına istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı bildirib.

“Bizim dil haqqında qanunumuz var. Buna niyə əməl olunmur? Dədəsinin, babasının, qohumunun adını obyektinə qoyurlar. Bakıda toyxanalara baxırsan, hamısı yunan adlarıdır. Yunan qadınlarının adları toyxana adlarını bəzəyib. Bir baxmaq lazımdır ki, adını qoyduğun şəxs kimdir, hansı məzhəbə qulluq edib. Bizim mentalitetə uyğundurmu? Lisenziya verənlər buna diqqət yetirməli və qanunlara əməl edilməlidir. Çünki dil bizim üçün vacibdir”,- deyə deputat çıxışında bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş


Noldu, Tramp?

Dünən, 15:42 Siyasət