“Xarici” neft şirkəti Bakıda tanınmış şəxsin evini yıxmaq istəyir – <font color=red> QALMAQAL</font>

Cəmiyyət

23.09.2019 - 19:20

“Qanuna əsasən, başqa ölkədə qeydiyyatda olan şirkətin Azərbaycanda torpaq iddiası qaldırmaq səlahiyyəti yoxdur”

 

Bakının neftli ərazilərində tikildiyi iddia olunan fərdi yaşayış evləri ilə bağlı məhkəmə çəkişmələri davam edir. Xeyli sayda insanın evlərinin sökülməsi barədə məhkəmə qərarları etirazlara səbəb olub. Hələlik bir sıra məhkəmə qətnamələri icraya yönəldilməsə də, hər an həmin evlərin yerlə yeksan olmaq təhlükəsi var. Bəs sakinlər neyləməlidirlər?

 

Yazıçı, publisist, "Yol qəzeti"nin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü Məti Osmanoğlu da yaşadığı evin sökülməsi haqqında qərardan narahatdır. Bu barədə AYNA-ya danışan Osmanoğlu bildirib ki, 1983-cü ildən Bakıda qeydiyyatdadır: “2000-ci ildən də torpaq sahəm vardı, 2006-cı ildə Biləcəri Bələdiyyəsinə müraciət etdim ki, həmin torpağı sənədləşdirsin. İndi də əlimdə bələdiyyə tərəfindən verilmiş (2017-ci ildə qanun dəyişdi) və satın aıdığım torpaq haqqında sənəd var. 13 ildir bura əsas yaşayış yerimizdir”.

Raminə Eyvazqızı