“Saakaşvili hansısa yolla hakimiyyətə qayıtmaq arzusu ilə yaşayır və bunun üçün hər şeydən istifadə edir”
Gürcüstan Parlamentinin üzvü Maki Boçorişvili ölkənin həbsdə olan keçmiş Prezidenti Mixail Saakaşvilinin əsas arzusunu açıqlayıb. AYNA-nın xəbərinə görə, parlamentari “Gazeta.ru”ya deyib ki, siyasətçi Gürcüstanda hakimiyyətə qayıtmağa çalışır.
Boçorişvili əlavə edib ki, eks-Prezident Gürcüstanla bağlı istənilən mühüm məsələdən öz maraqları üçün istifadə edir və hökumət orqanlarının əleyhinə hərəkət edir.
“Saakaşvili yeganə arzusu ilə, Gürcüstanda hansısa yolla hakimiyyətə qayıtmaq arzusu ilə yaşayır və bunun üçün hər şeydən istifadə edir”, - deputat vurğulayıb.
Bundan əvvəl Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib ki, Saakaşvili hökuməti 2008-ci ildə Cənubi Osetiyadakı müharibəyə görə məsuliyyət daşıyır. Onun fikrincə, hadisə zamanı sabiq Prezidentin hərəkətləri biabırçılıq idi.