“Denizbank”ın keçmiş direktoruna 102 il həbs cəzası verib

Dünya

02.12.2025 - 19:43

Seçil Erzan məşhur futbolçular və məşqçilər də daxil olmaqla 41 müştərini aldadıb

İstanbul məhkəməsi “Denizbank”ın keçmiş filial müdiri Seçil Erzana dələduzluq ittihamı ilə 102 il həbs cəzası verib. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, o məşhur futbolçular və məşqçilər də daxil olmaqla 41 müştərini aldadıb.

Erzan 2023-cü ilin aprelində 40 milyon dollar və 20 milyon türk lirəsi ilə dələduzluq etdiyi üçün həbs edilib.

İstanbul məhkəməsi özəl bank olan “Denizbank”ın keçmiş filial müdiri Seçil Erzana 102 il 4 ay həbs cəzası verib. Bu, dələduzluq və aldatma ittihamları ilə bağlıdır.

Bundan əlavə, o 178 min dollar cərimələnib.

Məhkəmə zamanı məlum olub ki, Seçilin yaratdığı fond yüksək gəlir vədləri ilə 41 nəfəri aldadıb. Fırıldaqdan zərər çəkən əmanətçilər arasında Fatih Terim, Arda Turan, Emre Belözoğlu, Fernando Muslera kimi məşqçi və futbolçular da var.

Seçil 2023-cü ilin aprelində həbs edilib. İlkin ittihamlar 40 milyon dollar və 20 milyon türk lirəsi (indiki məzənnə ilə 470 min dollar ekvivalenti) ilə bağlı dələduzluqla bağlıdır. Prokurorlar Seçilin dələduzluq ittihamı ilə 109 ildən 358 ilədək həbs cəzası istəyib.

Bu arada, məhkəmə digər təqsirləndirilən “Denizbank”ın keçmiş rəhbərləri Hakan Ateş və Mehmet Aydoğduya bəraət verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş