Demokratlar Baydeni husilərə qarşı hücumlara görə tənqid ediblər

Dünya

23.01.2024 - 16:46

cedabet dərman SEO Xidməti

“Əhali vergilərinin çoxunun başqa bir müharibəyə getməsini istəmir”

ABŞ-da demokratlar Prezident Co Baydeni Yəməndə husilərə qarşı qanunsuz hücumlarda ittiham ediblər. AYNA xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Demokratlar Partiyasının və ABŞ Nümayəndələr Palatasının üzvü Pramila Cayapal Amerikanın Yəməndə husilərə qarşı hücumlarının “məqbul olmayan konstitusiya pozuntusu” olduğunu açıqlayıb.

Prezidentin digər partiyadaşı Cori Buş və Rəşidə Tlaib də administrasiyanı tənqid ediblər: "Əhali vergilərinin çoxunun başqa bir müharibəyə getməsini istəmir. Amerika xalqı artıq "sonsuz müharibələrdən yorulub".

Ağ Ev nümayəndələri isə addımları ABŞ Konstitusiyasının Prezidentə Konqresin icazəsi olmadan müdafiə məqsədilə hərbi gücdən istifadə etmək hüququ verən ikinci bölmə ilə izah ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş