Daha bir siyasətçi koronavirusun qurbanı olub

Dünya

02.01.2021 - 14:33

Virciniya ştanın senatoru Ben Çafin virusdan vəfat edib

 

ABŞ-ın Virciniya ştanın senatoru Ben Çafin koronavirusdan dünyasını dəyişib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Senatın 60 yaşlı üzvünün iki həftədir virus səbəbiylə xəstəxanada müalicə aldığı bildirilib.

 

Senatorun ölümündən sonra Virciniya qubernatoru Ralf Northam onun haqqında açıqlama verib: “Çafin insanlara xidmət etməyi çox sevirdi. O, bölgəsinə yeni iş yerləri və investisiya imkanları gətirmək üçün çox çalışdı”.

 

Qeyd edək ki, Çafin 2014-cü ildə Virciniya ştatında senata üzv seçilmişdi.

Müəllif: Ayna.az