Həyatını itirənlərin sayı da artaraq 3 min 163 nəfərə yüksəlib
Hindistanda koronavirusa yoluxanların sayı 101 min 139-a çatıb. AYNA xəbər verir ki, Hindistan bu statistika ilə 100 mini keçən 11-ci ölkə olub.
Hindistan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, ölkədə son bir həftə ərzində, hər gün orta hesabla 4 mindən çox insan virusa yoluxur.
Bununla yanaşı, nazirlik ölkədə pandemiyadan həyatını itirənlərin sayının da artaraq 3 min 163 nəfərə yüksəldiyini açıqlayıb.
Qeyd edək ki, Hindistanda fövqaladə rejim mayın 31-dək uzadılıb.