Daha bir marşrut xətti “BakıKart”a keçir

Cəmiyyət

24.08.2021 - 19:54

Daha bir marşrut xəttində gediş haqqı "BakıKart" vasitəsilə olacaq

 

Sabahdan etibarən 165 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.

 

AYNA xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli sosial şəbəkədəki hesabında paylaşıb.

 

Məlumata görə, bununla da nağdsız ödəniş sisteminə inteqrasiya olunan marşrut xətlərinin sayı 74-ə çatır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş