“Heç bir il sonra üçün də proqnozumuz və ümidimiz yoxdur”
Pandemiya başlayandan bəri dünya alimlərinin əsas hədəfi koronavirus vaksinini hazırlamaqdır. Zaman-zaman alimlərdən vaksinin kəşfi ilə bağlı fikirlər yayılır.
AYNA xəbər verir ki, daha bir amerikalı həkim vaksinlə bağlı proqnozlarını bölüşüb. Mark Mulligan adlı həkim bir daha vurğulayıb ki, COVİD-19 vaksinini bu il gözləməyə dəyməz.
Nyu-Yorkdakı Vaksin Mərkəzində işləyən alim deyib ki, alimlər çalışır, amma vaksinlə bağlı konkret hansı dərmanın effektli olacağı barədə fərziyyə belə yoxdur.
“Heç bir il sonra üçün də proqnozumuz və ümidimiz yoxdur. Adətən vaksin üçün sınaq müddəti 3-4 ay sürür, amma COVİD-19 üçün bu zaman yaramır. Təəssüf ki, proqnozlar özünü doğrultmur” - deyə, alim vurğulayıb.