Hərbçilərin şəxsiyyəti ekspertizadan sonra müəyyənləşdiriləcək
Qarabağdakı döyüşlər zamanı ölən daha 4 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.
AYNA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, meyitlər Füzuli rayonu və Hadrut qəsəbəsində aşkarlanıb.
Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1634-ə çatıb.