Bu günə qədər ümumilikdə 1138 nəfərin cəsədi tapılıb
Dekabrın 31-də Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 3 erməni hərbçinin meyiti tapılıb.
AYNA xəbər verir ki, bu barədə “armeniasputnik” məlumat yayıb.
“İki hərbçinin cəsədi Cəbrayılda, digəri Xocavənddə aşkarlanıb. Bu günə qədər ümumilikdə 1138 nəfərin cəsədi tapılıb. Axtarışlar davam etdirilir”, - deyə məlumatda vurğulanıb.