Dağıstanda saxlanan azərbaycanlılardan yeddisinin cinayət işinə xitam verilib

Xəbərlər

17.02.2021 - 17:42

Həkimlər Klinikalar SEO Xidməti

"İki vətəndaş - Rövşən Hüseynov və Emin İmaməliyevin cinayət işləri baxılması üçün Mahərrəmkənd Rayon Məhkəməsinə göndəriləcək

 

Keçən ilin iyununda Dağıstanda saxlanmış Azərbaycan vətəndaşlarından 7-nə qarşı açılmış cinayət işlərinə xitam verilib. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyi məlumat yayıb. Səfirlik sözügedən şəxslərin azadlığa buraxıldıqlarını açıqlayıb.

 

Qeyd edək ki, 2020-ci il iyun ayının 15-də Rusiya-Azərbaycan sərhədində Azərbaycanın 10 vətəndaşı saxlanaraq istintaqa cəlb edilib. Bunlar Ceyhun Namazov, Elbrus Əhmədov, Nahid Ağayev, Əziz Fərəczadə, Elmar Mehdiyev, Tural Qiyasov, Elmar Musayev, Ənvər Muradov, Rövşən Hüseynov və Emin İmaməliyev olub.

 

Səfirliyin açıqlamasına görə, buraxılanlar Ceyhun Namazov, Elbrus Əhmədov, Nahid Ağayev, Əziz Fərəczadə, Elmar Mehdiyev, Tural Qiyasov, Elmar Musayevdir.

 

"Vətəndaş Ənvər Muradov Dərbənd Rayon Məhkəməsinin qərarı ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318.2-ci (hakimiyyət nümayəndəsinin vəzifə borcunun icrası ilə əlaqədar olaraq ona və ya onun yaxınlarına qarşı həyat və ya sağlamlıq üçün təhlükəli zor tətbiq etmə) maddəsi ilə ümumi rejimli cəzaçəkmə müəssisəsində 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib", - qurumun məlumatında bildrilib.

 

Səfirlik sözügedən hadisələr zamanı saxlanılmış iki Azərbaycan vətəndaşı ilə bağlı bildirib ki, onlarla bağlı ittihamların həcmi ilkin istintaq zamanı dəyişdirilib.

 

"İki vətəndaş - Rövşən Hüseynov və Emin İmaməliyevə gəldikdə isə onların hərəkətləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinə əsasən müəyyən olunur və ittiham aktları onlara təqdim edildikdən sonra cinayət işləri müvafiq olaraq fevralın 19-da və martın 5-də mahiyyəti üzrə baxılması üçün Dağıstan Respublikasının Mahərrəmkənd Rayon Məhkəməsinə göndəriləcək. Bu şəxslər hazırda ev dustaqlarıdır", - məlumatda vurğulanır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş