"Culfa" gömrük postunda 63 kiloqram narkotik vasitə aşkarlanıb

Xəbərlər

14.09.2025 - 16:34

Təmiz çəkisi 63 kiloqram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib

Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasından tranzit keçməklə Türkiyə Respublikasına etilen polimer yükü aparan nəqliyyat vasitəsi rentgen baxış qurğusundan keçirilərkən monitorda şübhəli təsvirlərin görünməsi səbəbindən əsaslı yoxlamaya cəlb olunub.

AYNA.AZ xəbər verir ki, bu barədə Gömrük Komitəsindən bildirilib.

Qeyd olunub ki, yoxlama zamanı nəqliyyat vasitəsindəki yükün 30 kisəsinin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi təmiz çəkisi 63 kiloqram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş