Cüdoçumuz Avropa Kubokunu qazanıb

İdman

31.05.2026 - 13:34

Azərbaycan millisi yarışın ilk günündə Azərbaycan millisi bir qızıl medal qazanıb

Avstriyanın Qrats şəhərində cüdo üzrə gənclər arasında Avropa Kubokuna start verilib. AYNA.AZ Apasport.az-a istinadən xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisi bir qızıl medal qazanıb.

66 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev bütün rəqiblərinə qalib gələrək çempion olub. Cüdoçumuz finaladək Almaniya, Xorvatiya, Belçika və Macarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb.

Məhəmməd həlledici görüşdə Serbiya idmançısı Marko Yorqiçi ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Aktivində 1 qızıl medal olan milli komandamız medal sıralamasında oğlanlar arasında birinci, ümumi hesabda isə 5-ci pillədə qərarlaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş