Güləşçimiz dünya çempionu oldu

İdman

29.10.2019 - 23:26

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir

 

Çempionatda 65 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Turan Bayramov 1/8 finalda kanadalı həmkarını məğlub edib. 

 

AYNA xəbər verir ki , həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib. Fransa təmsilçisi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Turan ilk hissəni 0:1 geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb və debüt etdiyi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb. 

 

Həlledici görüşdə T.Bayramovun rəqibi Yaponiya təmsilçisi Takuma Taniyama olub. Rəqibini məğlub edən güləşçimiz dünya çempionatının qızıl medalına sahib olub.

 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə