Belə xəstələrin üzü üstə yatırdılması onların ağciyərlərinin genişlənməsinə səbəb olur
Koronavirus xəstələri ağır vəziyyətdə olduqda reanimasiya şəraitində onlar üzü üstə yatırdılır.
AYNA xarici mediaya istinadən xəbər verir ki, Covid 19 xəstələrinin vəziyyəti ağırlaşanda, oksigenə ehtiyacları olduğu təqdirdə süni tənəffüs aparatlarına qoşulurlar.
Bəzən nəfəs almaqda çətinlik çəkən xəstələr həkimlərin göstərişi ilə üzü üstə yatır. Bu, belə izah olunur ki, qədim tibbi üsul olan bu vəziyyətdə xəstələrin ağciyərləri bir qədər nəfəs alır, xəstənin tənəffüsü bərpa olur.
Xəstələr bir neçə saat üzü üstə qaldıqda onların tənəffüs orqanlarında yığılan maye axır, rahatlıq tapırlar.
ABŞ-ın Cons Hopkins Unuversitetinin ağciyər xəstəlikləri və reanimatoloq mütəxəssis Panagis Galiatsatos deyib ki, Covid-19 xəstələrinin vəziyyətinin ağırlaşmasının səbəbi kifayət qədər oksigen çatışmazlığıdır.
Onun sözlərinə görə, aparatdan əlavə, belə xəstələrin üzü üstə yatırdılması onların ağciyərlərinin genişlənməsinə səbəb olur: “Biz bu üsulla xəstələrin rahatlıq tapdığının dəfələrlə şahidi olmuşuq”.