COVID-19 pasportu olmadığına görə 80 nəfər şənliklərə buraxılmayıb

Xəbərlər

14.08.2021 - 16:39

Həkimlər Klinikalar SEO Xidməti

Karantin rejimi qaydalarına nəzarət tədbirləri davam etdirilir 

 

Avqustun 13-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 131 toy şənliyinin monitorinqini həyata keçirib. 

 

DİN-dən AYNA-ya verilən məlumata görə, monitorinq 129 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. 

 

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə: 

 

- 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 

 

- 2 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb; 

 

- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

 

- 80 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş