Maskanın nano-antibiotik məhlulu sayəsində sterilizasiya edildiyi, viruslar və mikrobları məhv etməyə qadir olduğu vurğulanıb
Şimali Koreyadan kronavirusla bağlı təəccüblü açıqlama yayılıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, koreyalı elm adamları koronavirusun qarşısını almaq üçün xüsusi maska hazırlayıblar.
Ölkənin rəsmi xəbər agentliyi “KCNA”nın xəbərinə görə, pandemiyanın yayılmasının qarşısını almaq üçün Şimali Koreyanın Tibbi Cihazlar İnstitutu ölkədə istehsal olunan materiallar vasitəsi ilə nano-antibiotik maska istehsal ediblər.
Bu maska Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilən texnoloji xüsusiyyətlərə cavab verir. Şimali Koreyada virusa yoluxma qeydə alınamsa da, bütün qonşu ölkələrdə koronavirus aşkarlanıb.
Maskanın nano-antibiotik məhlulu sayəsində sterilizasiya edildiyi, viruslar və mikrobları məhv etməyə qadir olduğu vurğulanıb.