Ölkədə vurulan peyvəndlərin ümumi sayı 10 milyon 929 minə çatır
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 799 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 359, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 153, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 25 287 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 10 928 879, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 124 934, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 622 381, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 181 564 təşkil edir.