“Remdesivir” xəstələrin müalicəsində istifadə edilən ilk dərmandır
Avropa İttifaqı (Aİ) Komissiyası ABŞ-ın “Gilead Sciences” dərman şirkətinin istehsal etdiyi “Remdesivir” pereparıtının satışına icazə verildiyini açıqlayıb. AYNA xəbər verir ki, açıqlamada “Remdesivir”in COVID-19 xəstələrinin müalicəsində istifadə olunan ilk dərman olduğu qeyd edilib.
Bundan əlavə, qərarın Avropa Dərman Agentliyinin tövsiyəsi və üzv ölkələrin razılığı ilə verildiyi bildirilib.
Əvvəlcə Ebola virusunun müalicəsi üçün hazırlanan və heyvanlar üzərində sınaqdan keçirilərək SARS və MERS koronaviruslarına qarşı təsirli olduğu təsdiq olunan “Remdesivirin”, COVID-19 xəstələrinin müalicəsində də faydalı olduğu izah edilib.