COP29-a görə SMS icazələrin tətbiqi nəzərdə tutulmur

Xəbərlər

18.10.2024 - 14:07

cedabet dərman SEO Xidməti

“İctimaiyyətdən bu kimi dezinformasiyalara inanmamağı xahiş edirik”

“Bu məsələ ilə bağlı qeyd edilməlidir ki, COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur”. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 müddətində evdən çıxma qadağasının və SMS icazələrin tətbiq ediləcəyinə dair fikirlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu məlumat tamamilə dezinformasiyadır: “İctimaiyyətdən bu kimi dezinformasiyalara inanmamağı və yalnız qurumlar tərəfindən verilmiş rəsmi məlumatları əsas götürməyi xahiş edirik".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş