Conson Britaniya Baş nazirliyinə namizəd olmayacaq

Dünya

24.10.2022 - 12:25

Həkimlər Klinikalar SEO Xidməti

“Parlamentdə vahid partiya yoxdur”

Boris Conson Böyük Britaniyanın Baş nazirliyinə namizəd olmayacağını açıqlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, Conson açıqlamasında Baş nazir postu uğrunda seçkilərdə şansının yüksək olduğunu söyləyib.

“Amma namizədliyimi irəli sürməyəcəm. Çünki parlamentdə vahid partiya yoxdur”, - sabiq Baş nazir qeyd edib.

Xatırladaq ki, Britaniyanın Baş naziri Liz Trass oktyabrın 20-də vəzifəsindən istefa verdiyini açıqlayıb. Trass 6 həftə Baş nazir olub.

Qeyd edək ki, Trass bu postda istefa vermiş Consonu əvəzləmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş