Trampı güllələyən Tomas Metyu Kruksun bu sui-qəsdlə əlaqəsi olduğuna dair heç bir işarə yoxdur
ABŞ səlahiyyətliləri keçmiş Prezident Donald Trampa qarşı İranın sui-qəsd planı ilə bağlı insayderdən kəşfiyyat məlumatı alıblar. AYNA xəbər verir ki, bu barədə məsələdən xəbəri olan bir neçə şəxs CNN-ə bildirib.
Onların fikrincə, ötən şənbə günü Trampı güllələyən Tomas Metyu Kruksun bu sui-qəsdlə əlaqəsi olduğuna dair heç bir işarə yoxdur.
“Şənbə günü keçmiş Prezident Trampa sui-qəsd cəhdi ilə bağlı istintaq fəaldır və davam edir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, onların təhqiqatı atəş açan şəxslə xarici və ya ABŞ-dan olan hər hansı şərik və ya ortaq arasında heç bir əlaqə müəyyən etməyib”, – Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Vatson bildirib.
ABŞ milli təhlükəsizlik rəsmisi CNN-ə bildirib ki, Məxfi Xidmət və Tramp kampaniyası şənbə günü mitinqdən əvvəl təhlükə barədə məlumatlandırılıb. Və xidmətin özü Tramp kampaniyasını açıq havada mitinqlər keçirməyə qarşı xəbərdar etdi.
CNN qeyd edir ki, İran hakimiyyəti 2020-ci ilin yanvarında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Qasım Süleymaninin ABŞ hərbçiləri tərəfindən öldürülməsinə görə qisas almaq istədiklərini dəfələrlə bəyan ediblər. 2022-ci ilin avqustunda ABŞ Ədliyyə Departamenti Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona sui-qəsdin təşkilinə cəhddə ittiham irəli sürüb. ABŞ prokurorlarının fikrincə, Boltona qarşı sui-qəsd Süleymaninin öldürülməsinə görə “ehtimal edilən qisas” idi.
İstintaqla tanış olan hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, keçmiş dövlət katibi Mayk Pompeo da İran planının hədəfi olub. Məsələ ilə yaxından tanış olanlar bildiriblər ki, hüquq-mühafizə orqanları İranın keçmiş Tramp rəsmilərinə və sabiq Prezidentin özünə sui-qəsd planlaşdırması ilə bağlı davam edən təhlükədən narahat olublar. Bununla belə, son kəşfiyyat məlumatları təhlükənin əhəmiyyətli dərəcədə artdığını göstərir.
ABŞ-ın 45-ci Prezidenti Donald Tramp iyulun 13-də Pensilvaniyada seçki kampaniyasının mitinq zamanı sui-qəsd cəhdindən sağ çıxıb. O, 20 yaşlı Tomas Metyu Kruks tərəfindən güllələnib. Güllə keçmiş Prezidentin qulağına dəyib. Qəsdçi Məxfi Xidmət tərəfindən öldürülüb. FTB-nin məlumatına görə, hücum edən şəxs təkbaşına hərəkət edib və atası ona atdığı AR tipli tüfəngdən atəş açıb.