Çindən xəbərdarlıq: “Tayvan Pekinlə münasibətlərdə odla oynayır”

Dünya

24.05.2024 - 17:07

Həkimlər Klinikalar SEO Xidməti

“Tayvan “iki Çin” dövlət nəzəriyyəsini açıq şəkildə təbliğ etdiyi üçün təhlükəli müharibə astanasına yaxınlaşır”

“Tayvan hökuməti odla oynayır və adanın müstəqilliyinə istinad edən “iki Çin” dövlət nəzəriyyəsini açıq şəkildə təbliğ etdiyi üçün təhlükəli müharibə astanasına yaxınlaşır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri brifinq zamanı Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian deyib.

“Tayvanın yeni Baş Qərargah rəisi Lai Qinqde “vahid Çin” prinsipinə ciddi problem yaratdı. Orada “iki Çin” nəzəriyyəsinin açıq təbliğatı aparılır. Bu, odla oynamaqdır və odla oynayanlar, şübhəsiz ki, özləri də yanacaqlar”, - Vu Qian xəbərdarlıq edib.

Müdafiə Nazirliyinin sözçüsü Tayvan hökumətinin Pekinlə münasibətləri çərçivəsində bu cür hərəkətlərini hərbi güc vasitəsilə “müstəqilliyə nail olmaq üçün boş cəhd” kimi izah edib. O, həmçinin qeyd edib ki, Taypey xarici aktorlara arxalanır və bununla da öz vətəndaşlarını potensial təhlükəli eskalasiyaya doğru sövq edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş