Çindən ABŞ-a xəbərdarlıq: Pekin Tayvana silah satışını dayandırmağa çağırıb

Dünya

02.03.2023 - 12:35

cedabet dərman SEO Xidməti

“ABŞ silahlarının Tayvana satılması Çin prinsipini və üç ABŞ-Çin birgə kommünikesinin müddəalarını kobud şəkildə pozur”

“Çin ABŞ-ı Tayvana silah satmağı dayandırmağa çağırır və Pekinin öz müdafiəsi üçün lazım olan hər bir addımı atacağı barədə xəbərdarlıq edir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib.

“ABŞ silahlarının Tayvana satılması Çin prinsipini və üç ABŞ-Çin birgə kommünikesinin müddəalarını kobud şəkildə pozur, Çinin suverenliyinə və təhlükəsizlik maraqlarına ciddi ziyan vurur. Bununla yanaşı, bu hal Çin-ABŞ münasibətlərinə, eləcə də Tayvanda sülh və sabitliyə ciddi ziyan vurur”, - çinli diplomat bildirib.

Bundan əvvəl ABŞ dördüncü nəsil Amerika F-16 qırıcıları və müvafiq avadanlıqlar üçün Tayvana sursat satmaq üçün mümkün sazişi təsdiqləyib. Bu barədə Pentaqonun Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi bildirib.

Dövlət Departamenti ümumilikdə təxminən 619 milyon dollar dəyərində F-16 sursatlarının Tayvana çatdırılmasına icazə verib. Təklif olunan satışın ABŞ-ın milli iqtisadi və təhlükəsizlik maraqlarına xidmət edəcəyi gözlənilir. Vaşinqton Tayvanın ordunun modernləşdirilməsi üzrə səylərini dəstəkləmək niyyətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş