Çində koronavirusla bağlı son vəziyyət açıqlanıb

Dünya

11.02.2021 - 09:49

Ölkədə 879 aktiv koronavirus xəstəsi var

 

Çində son sutka ərzində 2 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. AYNA bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 89 736-ya yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 84 221 xəstə sağalıb.

 

Ölkədə 879 aktiv koronavirus xəstəsi var ki, onlardan da 13-nün vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az