Çində koronavirusla bağlı son vəziyyət

Dünya

04.06.2020 - 06:26

Həkimlər Klinikalar SEO Xidməti

Umumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 022 nəfərə çatıb

 

Çində ötən sutka ərzində bir nəfərdə yeni növ koronavirusun aktiv forması və 4 simptomsuz yoluxma halı aşkarlanıb, 5 pasiyent sağalıb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

 

Koronavirus xaricdən gələn ölkə vətəndaşlarında aşkarlanıb. Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.

 

Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 022 nəfərə çatıb. Ölkədə müalicə alan 78 319 nəfər sağalıb, 4 634 xəstənin həyatını xilas etmək mümkün olmayıb.

 

Hazırda 326 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

 

Bildirilib ki, ölkə üzrə 69 nəfər müalicə alır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş