Çində helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var

Dünya

06.10.2023 - 07:51

Çinin cənubundakı Quansi-Çjuan muxtar rayonunda helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

AYNA xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, hadisə oktyabrın 4-də Bayse şəhərinə aid ərazidə baş verib. Ölən şəxs hava nəqliyyatının pilotu, yaralanan üç nəfər isə “China Southern Power Grid Company”nin törəmə şirkətinin əməkdaşıdır.

Onlar ultrayüksək gərginlikli elektrik xəttini yoxlayırdılar. Bütün zərərçəkənlər yerli xəstəxanalardan birinə yerləşdiriliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş