Yeraltı təkanların maqnitudası 6,2 bal gücündə olub
Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən güclü zəlzələ nəticəsində azı 8 nəfər ölüb.
AYNA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Pekin vaxtı ilə gecə yarısı maqnitudası 6,2 bal olan bir neçə yeraltı təkan qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşir.
Zəlzələnin təsiri qonşu Çinxay əyalətində də hiss olunub.