Zəlzələnin ocağı 16 km dərinlikdə yerləşib
Çinin Sincan-Uyğur muxtar rayonunda 6,4 maqnitudalı zəlzələ baş verib.
AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 21.27 radələrində baş verən zəlzələnin ocağı Qaşqar dairəsində, 16 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.