Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

Xəbərlər

21.07.2020 - 16:07

cedabet dərman SEO Xidməti

Ötən gün ərzində törədilmiş 16 cinayətin üstünü “isti izlər”lə açılıb

 

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 16 cinayətin üstünü “isti izlər”lə açıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış bir cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən, borclu şəxs qismində axtarılan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş