Çin Tayvana qarşı sanksiyalar tətbiq edib

Dünya

03.08.2022 - 11:34

Bu gündən Pekin Tayvana qum tədarükünü dayandırıb

Çin hakimiyyəti ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfərindən sonra Tayvana qarşı məhdudiyyətlər tətbiq etməyə başlayıb.

AYNA xarici mediaya istinadən bildirir ki, bu gündən Pekin Tayvana qum tədarükünü dayandırıb. Çin Ticarət Nazirliyi bu tədbirin “mövcud hüquq normalarına uyğun olaraq” həyata keçirildiyini açıqlayıb.

Bundan əlavə, avqustun 3-dən Çin Tayvandan sitrus meyvələri və iki növ balıq məhsullarının idxalını dayandırdığını elan edib.

Adaya qarşı müvəqqəti məhdudiyyətlərin səbəbləri açıqlanmır. Lakin KİV qeyd edir ki, yeni iqtisadi sanksiyalar ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfəri fonunda yaranan gərginliklə bağlıdır.

Müəllif: Ayna.az