Liu Şaobinq: “Dollar ABŞ-ın dünya hökmranlığının alətidir”
Dünyada ABŞ dollarından istifadədən imtina tendensiyası artmaqdadır. AYNA xəbər verir ki, bu barədə Çinin Türkiyədəki səfiri Liu Şaobinq bildirib.
Diplomat vurğulayıb ki, BRİKS ölkələri ticarətə milli valyutalarla meyllidirlər.
Onun sözlərinə görə, buna cavab olaraq Birləşmiş Ştatlar qlobal səhnədə liderliyini qorumaq üçün birtərəfli addımlar atır.
“Dollar ABŞ-ın dünya hökmranlığının alətidir. Ona görə də dollardan istifadədən imtina tendensiyası getdikcə artır”, səfir vurğulayıb.
Diplomat bildirib ki, Çin dünyanın ən böyük iqtisadiyyatları reytinqində ikinci yerdədir: “Hazırda ölkədə yuanla hesablaşmalara keçid müşahidə olunur”.