Çin rəhbəri Almaniya kansleri ilə görüşüb

Dünya

16.04.2024 - 11:24

Liderlərin görüşü Pekində Dövlət Qonaq İqamətgahında baş tutub

Çin rəhbəri Si Cinpin Pekində Almaniya kansleri Olaf Şolts ilə görüşüb. AYNA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, liderlərin görüşü Pekində Dövlət Qonaq İqamətgahında baş tutub.

Qeyd edək ki, Şolts aprelin 12-də Çinə səfər edib. Bu səfər onun Almaniya kansleri kimi Çinə ikinci səfəridir.

Şolts ilə birlikdə Çinə ətraf mühit, kənd təsərrüfatı və nəqliyyatdan məsul üç nazir də səfər edib. Nümayəndə heyətinə Almaniyanın aparıcı şirkətlərinin – “Siemens”, BMW və “Mercedes-Benz” şirkətlərinin nümayəndələri də daxildir.

Müəllif: Ayna.az