Çin ABŞ-ın hərbi sənaye müəssisələrinə qarşı sanksiyalar tətbiq edib

Dünya

27.12.2024 - 17:48

Həkimlər Klinikalar SEO Xidməti

Yeddi müəssisə Pekinin məhdudiyyətləri altına düşüb

Çin Tayvan hakimiyyətinə silah satışına görə ABŞ-ın hərbi sənaye müəssisələrinə sanksiya tətbiq edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd olunur ki, yeddi müəssisə Pekinin məhdudiyyətləri altına düşüb.

Dekabrda ABŞ-ın maliyyə naziri Canet Yellen bildirmişdi ki, ABŞ Rusiyanın hərbi sənaye kompleksini dəstəklədiyi iddiası ilə Çin banklarına sanksiyalar tətbiq edəcək. O, əlavə edib ki, ABŞ və Çin Rusiya ilə qarşılıqlı əlaqələr ətrafında mübahisəli məsələləri müzakirə etmək üçün ayrıca rabitə kanalına malikdir. Yellenin sözlərinə görə, bu rabitə kanalı çox vaxt qarşılıqlı əlaqə üçün kifayətdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş