Ceyranbatanda yanğın yenidən başlayıb

Hadisə

14.06.2020 - 16:14

Həkimlər Klinikalar SEO Xidməti

Əraziyə FHN-nin qüvvə və texnikası cəlb olunub

 

Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanır. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən xəbərə görə, Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

 

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş