Gorançay daşdı, ətrafa xeyli ziyan dəydi

Hadisə

08.09.2019 - 14:39

Qəsəbə ərazisində elektrik enerjisinin verilişində də fasilələr yaranıb

 

Axşamdan yağan yağışlar Goranboy rayonunda Gorançayın daşmasına səbəb olub.

 

AYNA "APA"ya  istinadən xəbər verir ki, məcrasından çıxan Gorançay sahil ərazilərdə bir sıra fəsadlar yaradıb, tiklilərə, obyektlərə ziyan dəyib.

 

Xüsusən Goran qəsəbəsi ərazisində sel suları maşın təmiri sexinə, ticarət obyektlərinə, nəqliyyat körpüsü ətrafına dolaraq obyektlərin fəaliyyətinə, nəqliyyatın hərəkətinə ciddi problemlər yaradıb.

Qəsəbə ərazisində elektrik enerjisinin verilişində də fasilələr yaranıb.

Müəllif: Ayna.az