Nazirin rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərə yola düşüb. AYNA.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4 noyabr tarixində Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.