Ceyhun Bayramov Çinə rəsmi səfərə yola düşüb

Xəbərlər

27.01.2026 - 14:12

XİN başçısının çinli həmkarı ilə görüşünün keçirilməsi nəzərdə tutulub

27 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına rəsmi səfərə yola düşüb.


Xarici İşlər Nazirliyindən (XİN) AYNA.AZ-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 28 yanvar tarixində Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşünün keçirilməsi nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş